Geri

FHN-in Şimal Regional Mərkəzi növbəti maarifləndirimə tədbiri keçirmişdir

18 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba  rayonu, Aşağı Atuc kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə hallardan necə qorunmalı, təxliyyənin təşkili, qış aylarında elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbirdə Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, təbii fəlakətlərin yaranma səbəbləri və müasir dövrdə onlarla mübarizə qaydaları, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, qar uçqunundan qorunma, elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, yanğın və zəlzələ zamanı təhsil ocaqlarında təxliyyənin düzgün təşkili qaydaları, zəlzələdən sonra özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda dəm qazı haqqında videoslayd nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu