Geri

FHN Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Füzuli Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə 14 noyabr 2014-cü il tarixində Füzuli Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” və “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzularında keçirilən tədbirdə  Qarabağ Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən digər qurumlarının, eləcə də Füzuli rayon fövqəladə hallar komissiyasının tərkibinə daxil olan idarə və təşkilatların təmsilçiləri, Mənzil kommunal təsərrüfatı birlikləri, Mənzil kommunal istismar  sahələri, bələdiyyələr, rayon  Polis şöbəsi, Qaz istismar, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak etmişlər.

Müşavirənin keçirilməsində məqsəd Regional Mərkəzin əhatə etdiyi inzibati ərazidə ehtimal olunan fövqəladə hallar barədə əhalinin məlumatlandırılması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, habelə rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrlə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin hazırkı vəziyyətinin müzakirəsi  olmuşdur.

Müşavirədə  qarşılıqlı fəaliyyətin təşkilinin hazırki durumu, görülən işlər, qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları barədə müzakirələr aparılmış, yaranan çətinliklər təhlil edilmişdir.

Tədbirdə qarşılıqlı fəaliyyət zamanı informasiya mübadiləsində mövcud olan çatışmazlıqlardan, baş vermiş hadisələrin qurumların növbətçi hissələrinə dəqiq və operativ ötürülməsi, vaxt itkisinə yol verilməməsinin vacibliyindən bəhs edilmişdir.

Müşavirədə “Dəm qazı- həyat və sağlamlığımız üçün böyük təhlükədir”, “Məişətdə elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları”, “Qaz təsərrüfatında baş verə biləcək yanğın, partlayış, zəhərlənmə təhlükələrindən necə mühafizə olunmalı", “112” qaynar telefon xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Müzakirə şəraitində davam edən tədbirdə müşavirə iştirakçılarının sualları cavablandırılmışdir.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu