Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Şəki rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13 noyabr 2014-cü il tarixində Şəki şəhərində “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda  seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında  duran vəzifələr açıqlanmış,bu vəzifələrin icrasında Mənzil-kommunal təsərrüfatı birlikləri, Mənzil-kommunal istismar  sahələri, bələdiyyələr, Qaz istismar, Enerji təchizatı və satışı idarələrinin, təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söhbət açılmışdır. Bundan başqa, maarifləndirci tədbirlərə də geniş yer verilmiş, “Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda çıxışlar dinlənilmiş,“Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, yanğından icbari sığortanın məqsədi yanğın nəticəsində sığortalıların əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.

Əhali arasında yanğına qarşı  təbliğat işində istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmışdır. 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu