Geri

FHN-in Bakı Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 13 noyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Müşavirənin işində FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidməti, eləcə də Mülki müdafiə qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak etmişlər.

FHN Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev qeyd etmişdir ki,  tədbir iştirakçıları əldə etdikləri məlumatları rəhbərlik etdikləri müəssisə və təşkilatlarda öz əməkdaşları ilə paylaşmalı və maarifləndirmə prosesində fəal iştirak etməlidirlər.

Müşavirədə “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar edilmişdir.

Rayonun  Mənzil Kommunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələri, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları  müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti; problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti; problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

Müşavirədə yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu