Geri

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

12 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhər Mədəniyyət mərkəzində FHN Baş Əməliyyat idarəsi və FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə "Ərazilərdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza-xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, baş vermiş və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması" mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Seminar-müşavirədə  Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli   qurumlarının və rayon icra hakimiyyətlərinin, müvafiq müəssisələrin nümayəndələri iştirak etmişdir. Müşavirədə Şimal-qərb Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən müəssisələr arasında razılaşdırılan qarşılıqlı fəaliyyət planlarının bəndləri üzrə geniş təhlil aparılaraq, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər ətraflı müzakirə edilmiş, həmçinin, təbii, texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə vərdişlərinə yiyələnmə, yanğın, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Sonda müəssisə rəhbərlərinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin çıxışları dinlənilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu