Geri

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 12 noyabr 2014-cü il tarixində Biləsuvar rayon İcra Hakimiyyətində əhalinin və ərazilərin təhlükəli hadisələrdən xəbərdar edilməsi, qorunması və qarşısının alınması istiqamətində “Əhalinin Mülki Müdafiə üzrə hazırlığının təşkili” mövzusunda   maarifləndirmə tədbiri keçirmişlər. Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, bələdiyyə, idarə və təşkilatların rəhbərləri, sahibkarların iştirakı ilə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, struktur bölmələri, fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması və respublikada Mülki Müdafiə işinin təşkili haqqında məlumat verilmişdir.

Sonra yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə cihazları haqqında slaydlar göstərilmişdir.

Yekunda mövzular ətrafında geniş müzakirələr aparılmış, tədbir iştirakçılarının  sualları cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu