Geri

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən 11 noyabr 2014-cü il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları, payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə filialın müəllim və tələbə heyəti ilə yanaşı, Şamaxı rayonunun Mənzil-kommunal istismar sahələrinin, bələdiyyələr, Qaz istismar, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak etmişlər.

Tədbirin nəzəri hissəsində çıxış edən natiqlər tədbirin əhəmiyyətindən danışmış, fövqəladə hallar, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, mülki müdafiə, nəqliyyat qəzaları, qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri haqqında dinləyicilərə geniş məlumatlar vermiş, “Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş olunmuşdur. Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri iştirakçılara paylanılmışdır. 

Tədbirin praktiki hissəsində filialın müəllim və tələbə heyəti zəlzələ və yanğın zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılaraq şərti zəlzələ həyəcanı verilmiş, müəllim və tələbələr binadan təhlükəsiz yerə təxliyyə olunaraq baş vermiş yanğın söndürülmüşdür. Eyni zamanda, binanın ikinci mərtəbəsində xəsarət alan tələbələr xilasedicilər tərəfindən təhlükəsiz şəraitdə xüsusi qurğular vasitəsilə təxliyyə olunmuşdur.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu