Geri

FHN Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilmişdir

12 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilmişdir.

Toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqillik illərində  ilk Konstitusiyasını qəbul etmişdir.

FHN Akademiyasının müəllimləri “Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir” və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir” mövzularında məruzələr etmişlər.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarxın nümayişi olmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu