Geri

Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı idman yarışında uğur qazanmışdır

7-9 noyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonu, Yalama qəsəbəsində səmti müəyyənetmə idmanı üzrə “Elit”  və  “Open” kateqoriyaları üzrə elektron qeydolunma sisteminin tətbiqi ilə açıq ölkə çempionatı keçirilmişdir.        

Ümumilikdə 130 idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraiti ilə yadda qalmışdır. “Elit” kateqoriyası üzrə orta məsafədə (6,8 km) keçirilmiş yarışda Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Müvəssil Zülfüqar oğlu Allahverdiyev bütün nəzarət məntəqələrində qeyd olunaraq finişə hamıdan tez çatmış (1 saat 19 dəqiqə) və qızıl medala layiq görülmüşdür.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu