Geri

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin  Bakı  Regional  Mərkəzi oktyabr ayının 31-də  Nizami rayonundakı 61 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından  Mühafizə,  Dövlət Yanğın Nəzarəti,  Dövlət Sularda Xilasetmə,  Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, eləcə də Bakı şəhəri Təcili və  Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Ətrafa civə dağıldıqda nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar etmişlər.   

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu,  eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmiş, səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və yaralıya ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqlarının nümayiş olunduğu praktik hissə zamanı “Sprinter” (“Mercedes BENZ” ) markalı  xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar barədə ətraflı məlumat verilmişdir. Tədbir məktəbin həyətindəki şərti yanğının söndürülməsi ilə başa çatmışdır. Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu