Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçırmişdir

Fövqəladə Hallar Nazirliyi  Sumqayıt Regional Mərkəzi tərəfindən 29 oktyabr 2014-çü il tarixində Sumqayıt şəhər 1 nömrəli Uşaq Poliklinikasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt  Regional Mərkəzi ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən keçirilən bu maarifləndirmə tədbirində əsas məqsəd səhiyyə işcilərinin fövqəladə  hallar zamanı  davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzi ilə birgə Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Sumqayıt Sularda Xilasetmə Məntəqəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşları  iştirak etmişlər.

Poliklinikanın tibb personalının cəlb olunduğu tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli?” mövzularında çıxışlar etmişdir.

Daha sonra ”Dəm qazı və ya gözəgörünməz qatil” mövzusunda nazirliyin hazırladığı videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin praktiki hissəsində poliklinikanın həyətində  Sumqayıt Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Sumqayıt Sularda Xilasetmə Məntəqəsinin, Xüsusi Rislki Xilasetmə Xitmətinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu