Geri

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları təhsil müəssisəsində maarifləndirmə tədbiri keçirmişlər

28 oktyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Tərtər şəhər R.Nuriyev adına 6 nömrəli orta məktəbdə «Təbii fəlakətlər və texnogen qəzalar zamanı özünü necə aparmalı» mövzusunda maarifləndirimə tədbiri keçirmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onların bu sahədə olan biliklərini daha da artırmaq, eləcə də onlara fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını öyrətməkdən ibarət olmuşdur.

Mərkəz əməkdaşları tədbir iştirakçılarına Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə məlumat vermiş, fövqəladə hallar, onların növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə haqqında söhbət aparmışlar.

Tədbirdə məktəblilərə Fövqəladə Hallar Nazirliyinin hazırladığı «Dəm qazı və ya arzuolunmaz qonaq» adlı videoçarx nümayiş etdirilmişdir. Şagirdlərin asudə vaxtında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə Regional Mərkəz əməkdaşları tərəfindən hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

Sonda iştirakçılara mövzuları əhatə edən xəbərdarlıq vərəqələri və broşürlər paylanmış, şagird və müəllimlərin sualları ətraflı cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu