Geri

FHN Şimal-qərb Regional Mərkəzinin əməkdaşları Ağsu rayonunda maarifləndirmə tədbiri keçirmişlər

28 oktyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Ağsu rayonu, Qaravəlli kənd orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.        

Mərkəzin əməkdaşları tərəfindən şagird və müəllimlərə “Fövqəladə  hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “Fövqəladə halların qarşısının alınmasında  təbliğatın rolu”, “112” qaynar  xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumat verilmişdir.

Sonra tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu