Geri

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Litvanın Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi üzrə Mərkəzi Agentliyi ilə birgə masaüstü təlim keçirmişdir

28 oktyabr 2014-cü il tarixində Avropa İttifaqı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” Tvininq layihəsi çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfdaş olduğu Litva Respublikası Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi  üzrə Mərkəzi Agentliyi ilə birgə “Heydər Əliyev Beynəlxalq Aeroportunda qəsdən “çirkli bomba” partladıldığı halda mülki müdafiə strukturlarının hərəkəti” mövzusunda masaüstü təlim keçirmişdir. Təlim 2015-ci ildə  keçiriləcək “Bakı 2015 Avropa Oyunlarına” hazırlıqla əlaqədar təşkil edilmişdir.

Masaüstü təlimin əsas məqsədi müvafiq qurumların baş verə biləcək hər hansı böyük radioloji qəza hallarında cavab tədbirlərinin həyata keçirilməsinə dair hazırlığının gücləndirilməsi olmuşdur.  

Təlimə Fövqəladə Hallar,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin,  Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq  strukturları və Heydər Əliyev Beynəlxalq aeroportunun Təhlükəsizlik İdarəsinin əməkdaşları cəlb olunmuşlar.

Təlimin rəhbəri, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov və təlimin koordinatoru, Litva Radiasiyadan Qorunma Mərkəzinin şöbə müdiri Danute Şidişkenenin sədrlik etdikləri masaütü təlimdə radioloji qəza şəraitində cavabvermə tədbirlərinin ümumi idarə olunması, əhali və kütləvi informasiya vasitələrinin məlumatlandırılması, ətraf mühitin yüksək radioloji çirklənməsi zamanı müvafiq orqan və təşkilatların birgə fəaliyyət göstərməsi, radioloji qəzaların nəticələrinin aradan qaldırılması zamanı ətraf mühit və insanların radioaktiv çirklənməsinin qiymətləndirilməsi və radioaktiv maddələrin təsiri nəticəsində xəsarət almış, şüalanmaya və ya radioloji çirklənməyə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsinə hazırlıq məsələləri, həmçinin, 

beynəlxalq yardım alınması üçün müraciət qaydası qiymətləndirilmişdir.

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu