Geri

FHN Şimal Regional Mərkəzi Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbində maarifləndirimə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayonu Palıdlı  kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda  növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə hallardan necə qorunmalı, soyuq havalarda elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, mənzildə yanğın baş verdikdə sağ qalma üsulları, daxili yanğınsöndürmə kran və avadanlıqlarından istifadə üsulları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin  aşılanması olmuşdur.

Nəzəri hissədə Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, gündəlik həyatda baş verən texnogen faciələrin yaranma səbəbləri və onların təsnifatı, qar uçqunu, sürüşmə və sel kimi fövqəladə hallar zamanı davranış qaydaları, meşə yanğınlarının baş vermə səbəbləri, zəlzələ zamanı davranış qaydaları, təhsil ocaqlarında yanğın və zəlzələ zamanı təxliyyənin həyata keçirmə  qaydaları, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularda ətraflı məlumatlar  verilmişdir.   

Tədbirin praktiki hissəsində isə iştirakçılara müasir yanğınsöndürmə texnikalarından, xilasetmə alət və avadanlıqlarından istifadə üsulları, ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunmuşdur.

 Sonda meşə yanğınları və dəm qazı haqqında videoslaydlar nümayiş etdirilməklə iştirakçıları maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu