Geri

FHN-in Cənub Regional Mərkəzi Astara rayonunda seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Astara Rayon İcra Hakimiyyətində "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi"   mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Astara Rayon İcra Hakimiyyətinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

Seminar-müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, habelə rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələr ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

“Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı  FHN-in Cənub Regional Mərkəzi ilə rayonun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi", “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər”, “Fövqəladə hallar, onların yaranma səbəbləri və  mühafizə üsulları”, “Yanğının baş vermə amilləri, ona qarşı mübarizə tədbirləri.  İdarə və müəssisələrin təxliyə planlarının hazırlanması”,  “Hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar?” və “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?” mövzularında çıxışlar edən natiqlər tərəfindən FHN-in Cənub Regional Mərkəzi ilə  regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlili aparılmış,  yerli qurumlarla qarşlıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmiş, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri”, “Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin!”, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video-çarxlar və foto-slaydlar nümayiş olunmuş, "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir, "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!", “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılmış, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular, yüksək və orta təzyiqli qaz xətlərinin, eləcə də  yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin, magistral avtomobil və dəmir yollarının mühafizə zonaları barədə tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu