Geri

FHN-in Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 02 oktyabrr 2014-cü il tarixində  Hirkan Milli Parkında "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Seminarıın işində FHN Mülki Müdafiə Qoşunlarının Lənkəran regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən müvafiq rayon meşə mühafizəsi və bərpası müəssisələrinin, Hirkan Milli Parkının nümayəndələri iştirak etmişlər.

Hirkan Milli Parkının direktoru Vüqar Məmmədov fövqəladə halların qarşısının alınması, eləcə də baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində qarşılqılı fəaliyyətin gücləndirilməsi məqsədi ilə  müvafiq rayon idarə və müəssisələrinin rəhbərləri ilə birgə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilən regional seminar-müşavirələrin, “dəyirmi masa”ların vacibliyini bildirmiş və bu kimi tədbirlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsi işinə müsbət təsir göstərəcəyinə inandığını qeyd etmişdir.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, müvafiq rayon meşə mühafizəsi və bərpası müəssisələri, Hirkan Milli Parkı ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Natiqlər tərəfindən FHN-in Cənub Regional Mərkəzi ilə  regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlili aparılmış,  yerli qurumlarla qarşlıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmiş, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə və meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş məlumat verilmişdir.

Sonra müvafiq rayon idarə və müəssisə rəhbərlərinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin keçirlən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmişdir. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Sonda müzakirə edilən mövzulara dair xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları paylanılmış, tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

  

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu