Geri

FHN-in Şimal Regional Mərkəzi Quba rayonu Rustov kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba rayonu Rustov kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

   Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə hallardan necə qorunmalı, yaşayış sektorunda təxliyənin təşkili, soyuq havalarda elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, mənzildə yanğın baş verdikdə daxili yanğın kranlarından və   yanğınsöndürmə avadanlıqlardan istifadə üsulları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin verilməsi olmuşdur.

    Tədbir zamanı Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, gündəlik həyatda baş verən texnogen qəzaların yaranma səbəbləri və onların təsnifatı, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, qar uçqunu, sürüşmə, sel kimi fövqəladə hallar zamanı davranış qaydaları, infeksion xəstəliklər zamanı təhlükəsizlik qaydaları, yanğın zamanı  təxliyənin həyata keçirilmə  qaydaları, münaqişəli fövqəladə hadisələrin baş vermə səbəbləri, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularda ətraflı məlumatlar verilmişdir.

   Sonda dəm qazı haqqında video-slayd nümayiş etdirilmiş, Şimal Regional Mərkəzi tərəfindən bu sahədə görülən işlər barədə məlumatlar verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

 

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu