Geri

Asiya İnkişaf Bankı ilə Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi layihə üzrə işlərə başlanıldı

1 oktyabr 2014-cü il tarixdə Land Mark otelində  Azərbaycanda su strategiyasının işlənib hazırlanması üzrə maraqlı tərəflərin Məsləhətləşmə seminarı keçirilmişdir. Seminarda Layihənin meneceri Ali Akhtar, AİB-nın layihə üzrə məsul şəxci Yaqut Ertenliche,  layihənin ekspertləri, su resursları üzrə mütəxəssis Ramchand Oad, irriqasiya və drenaj üzrə mütəxəssis Theodore Patterson, kənd təsərrüfatı və təbii sərvətlər üzrə iqtisadçı DennisWicheins, daşqınların idarə edilməsi üzrə mütəxəssis Stephen Parsons,  su ilə bağlı fəaliyyət göstərən təşkilatların, o cümlədən  Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirliklərini, Milli Məclisi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ni, “Azərsu” ASC-ni, “Azərenerji” ASC-ni, eləcə də Beynəlxalq təşkilatları o cümlədən, Dünya Bankının, Avropa İttifaqının, BMT-nın İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliklərini təmsil edən əməkdaşlar iştirak etmişlər.

SEDA-nın rəisi vəzifəsini müvəqqəti icra edən Baba Azakov və Layihə meneceri Ali Akhtarın açılış nitqlərindən sonra seminar öz işinə başladı. Gündəliyə uyğun olaraq “Suyun idarə edilməsində çətinliklər-qlobal perspektiv” mövzusunda Layihənin baş eksperti Ramchand Oadın və “Suyun inkişaf perspektivləri və idarəetmədə çətinliklər” mövzusunda SEDA-nın şöbə müdiri Arif Axundovun  təqdimatları edildi və geniş müzakirələr aparıldı.  Layihə ekspertləri   müxtəlif sektorlarda (hidroelektrik istehsalı, suvarma, su təchizatı, sənaye) sudan istifadənin vəziyyəti, tələbat və su ilə bağlı yarana biləcək təhlükələr (daşqın, subasma, quraqlıq) haqqında çıxış etdilər.

Seminarın ikinci bölümündə iştirakçılar beynəlxalq ekspertlərin rəhbərliyi ilə  üç işçi qrupda (Suya tələbat və su təchizatı, Kənd təsərrüfatına sudan istifadə və Su ilə bağlı təhlükələr)  müzakirələr aparıldı və müzakirələri sonunda hər bir qrup üzrə təqdimat hazırlandı. 

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu