Geri

FHN-in Şimal-Qərb Regional Mərkəzi orta məktəbdə tədbir keçirmişdir

FHN-in Şimal-Qərb  Regional Mərkəzi tərəfindən Qobustan rayonu Yekəxana kənd tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları”  mövzusunda  maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi baş verə biləcək hər hansı bir təbii fəlakət, texnogen qəzalar zamanı müəllim və şagirdlər arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Mərkəz əməkdaşları  “Fövqəladə  hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında çıxışlar etmişlər.

Sonra şagirdlərə Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF)  tərəfindən nəşr edilən “Təhlükəsiz həyat” adlı maarifləndirici jurnal paylanılmışdır.

Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu