Geri

FHN-in Bakı Regional Mərkəzi Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirmişdir.

Müşavirədə baş verən yanğın hadisələri və dəm qazı zəhərlənmələri, yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlər müzakirə olunmuşdur.        

FHN-in Bakı Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğın Nəzarəti və  Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki müdafiə qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin təmsilçilərinin   iştirak etdiyi müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbirin əhəmiyyətindən bəhs etmişdir. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək Bakı şəhərində 2013 və 2014-cü illərin 9 ayı ərzində baş verən yanğınların müqayisəli statistikasını diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələbləri müvafiq qaydalarla müəyyən edilir və həmin qaydaların tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və   Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları müvafiq olaraq  “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Çıxışlarda, bəzi yerlərdə olan dəmir dirəklərin və şlaqbaumların, binalararası beton maneələrin yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaratdığı xüsusi qeyd olunmuşdur.

Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, Qaz İstismar Sahəsi, Enerji Təchizatı və Satışı İdarəsi, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələri müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.  

Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə, eləcə də yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

Sonda rayon ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlərin aradan qaldırılması üzrə fəaliyyətlərin daha səmərəli təşkili məqsədilə tədbirlər planının hazırlanması barədə qərar qəbul edilmişdir.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu