Geri

FHN-in Şimal Regional Mərkəzi Quba rayonu Çiçi kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba  rayonu Çiçi  kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir. Tədbir iştirakçılarına müxtəlif xarakterli fövqəladə hallardan necə qorunmalı, zəlzələ zamanı təxliyə qaydaları, elektrik və qaz təsərrüfatlarında baş verə biləcək qəzalar zamanı davranış qaydaları, yanğınsöndürmə avadanlıqlardan istifadə üsulları, qar uçqunu zamanı sağ qalma qaydaları kimi mövzularda biliklər verilmişdir.

Tədbir zamanı Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, təbii fəlakətlərin səbəbləri və  onların  təsnifatı, respublikanın Şimal zonasına xas olan  qar uçqunu, sürüşmə  və sel kimi fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiənin təşkil edilmə prinsipləri və  məqsədləri, yanğın zamanı  təxliyənin həyata keçirilməsi  qaydaları,  meşə yanğınların baş vermə səbəbləri,  yaşayış massivlərində  baş verən  yanğınların  qarşısının alınması zamanı davranış qaydaları, məişətdə istifadə edilən qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirləri, insanların təhlükəsizliyinin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularda məktəbin  müəllim və şagird heyətinə ətraflı məlumatlar  verilmişdir.

Şimal Regional Mərkəzi tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu