Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 28 yanvar 2014-cü il tarixində Ağdaş rayonu, Ləki qəsəbəsi 6 saylı orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları, mülki müdafiə hazırlığının təşkil ounması” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirdə Mərkəz əməkdaşları Aran Regional Mərkəzinin fəaliyyəti, maddi-texniki bazası haqqında ətraflı məlumat vermiş, “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları”, “Fövqəladə hallarda ümumi davranış qaydaları” və “112” zəng mərkəzinə edilən anonim və qeyri-ciddi zənglərin qarşısının alınması” mövzuları ilə bağlı məruzələri dinlənilmişdir.

Sonra Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmışdır.

Tədbirin nəzəri hissəsindən sonra məktəbin ərazisində Mərkəzin Xüsusi Xilasetmə hissəsinin xilasediciləri şagirdlərə xilasetmə avadanlıqları və vasitələrini nümayiş etdirmiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu