Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi tərəfindən 24 yanvar 2014-cü il tarixində Qəbələ rayon Soltannuxa kənd orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, baş verə biləcək fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, dəm qazından zəhərlənmələrin qarşısının alınması və sair haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə Mərkəz əməkdaşları “Fövqəladə  hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “Mülki müdafiə haqqında məlumat, məktəblərdə mülki müdafiənin təşkili”. “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar vermişlər. Dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılaraq mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu