Geri

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları yanvar ayının 22-də Biləsuvar rayonu Çaylı kənd orta məktəbinin müəllim və şagird kollektivi ilə, Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbir iştirakçılarının maarifləndirilməsi məqsədilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində əsas məqsəd məktəbliləri fövqəladə hallar zamanı davranış qaydaları ilə tanış etmək, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti, “112” zəng mərkəzi, yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları və haqqında plakat-slaydlar vasitəsilə məktəblilərə geniş məlumat verilmişdir. Mövzuları iştirakçıların nəzərinə daha dolğun çatdırmaq məqsədilə zəlzələ və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Tədbirin gedişatında Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmış, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu