Geri

FHN Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 sentyabr 2013-cü il tarixində İsmayıllı rayon İcra Hakimiyyətində rayon ərazisində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-fövqəladə hallar komissiyasının sədri, Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları,  rayonun digər idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.

Tədbirdə Regional Mərkəzin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Texnogen qəzalar”, “Fərdi mühafizə vasitələri”, “Yanğın və yanğın təhlükəsizliyi”, “Partlayış, kimyəvi zəhərlənmə və radioaktiv şüalanma təhlükəsindən necə mühafizə olunmalı”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “112” zəng xidmətindən hansı hallarda istifadə etmək olar” və sair mövzularında çıxışlar etmişlər.

Daha sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu