Geri

Xaçmaz şəhərində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları 27 sentyabr 2013-cü il tarixində maarifləndirmə tədbirləri planına əsasən, payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı Xaçmaz şəhəri 6 saylı orta məktəbində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

FHN-in Şimal Regional Mərkəzi ilə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı orta məktəb arasında razılaşdırılmış tədbirlər planına əsasən keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Şimal Regional Mərkəzinin, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin, Xaçmaz rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının tibb personalı və Xaçmaz şəhər 6 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirdə fövqəladə halların növləri, qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış qaydaları barədə geniş məlumat verilmiş, fövqəladə halların yaranma səbəbləri, nəticələrinin aradan qaldırılması, nazirliyin “112” xidməti Xüsusi Riskli Xilasetmə Xidmətinin keçirdiyi xilasetmə əməliyyatları haqqında geniş söhbət açılmış, fövqəladə hallar zamanı insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi və fövqəladə hadisə zamanı əhalinin təhlükəsiz yerlərə təxliyyəsi mövzusunda məlumat verilmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyi haqqında sənədli film nümayiş olunmuşdur

Tədbirin praktiki hissəsində isə Şimal Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına yanğın zamanı xilasetmə əməliyyatları, “Mersedes-Bens Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili və onun tərkibinə daxil olan alət və avadanlıqların təyinatı və istifadəsi barədə məlumatlar verilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu