Keçirilən təbliğat xarakterli tədbirlərdə Cəlilabad rayon təhsil şöbəsinin nümayəndələri, Fərzili və Suluçeşmə kənd ümumi orta məktəblərin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişlər.
Cəlilabad rayon təhsil şöbəsinin nümayəndələri və məktəb rəhbərləri, FHN Cənub Regional Mərkəzi tərəfindən regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarında əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən silsilə tədbirlərin vacibliyini və bu sahədə görülən işlərə yüksək qiymət verdiklərini bildirmişlər.
Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması yolları, ilkin tibbi-psixoloji yardımın düzgün göstərilmə üsul və mexanizmləri, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, “Fövqəladə hallar və onlardan qorunma tədbirləri”, “Dəm qazı təhlükəsindən insanların qorunması yolları” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxış edərək verilən sualları cavablandırmışlar.
Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.
Daha sonra təhsil müəssisələrinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, eləcə də yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Mənzili tərk etdikdə qaz və elektrik cihazlarını söndürün!”, “Qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxu