Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayonu R.Məmmədov adına Mahrızlı kənd orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin fərdi təhlükəsizlik sahəsində biliklərini təkmilləşdirmək, təbii və texnogen xarakterli fövqəladə hadisələr baş verərkən düzgün davranış qaydaları ilə tanış etmək, habelə məişətdə və təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etmə vərdişlərini aşılamaq olmuşdur.

Məktəb kollektivinin iştirak etdiyi maarifləndirmə tədbirində əməkdaşlar “Fövqəladə halların növləri”, “Fövqəladə Hallar Nazirliyinin qurumları”, “Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzularında geniş məlumat vermişlər. Çıxış edənlər, həmçinin, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” qaynar telefon xətti” ilə əlaqə saxlamağın qaydaları barədə də söhbət aparmışlar.

Həmçinin, tədbirdə məktəblilərə “Şimşəkdən (ildırımdan) necə qorunmalı” adlı broşürlər paylanmışdır.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu