Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 20 sentyabr 2013-cü il tarixində Naftalan şəhər musiqi məktəbinin akt zalında təhsil və mədəniyyət işçiləri ilə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti haqqında məlumatlar verilmiş, “Fövqəladə hallarda özünü necə aparmalı”, “Hansı hallarda “112” zəng mərkəzinə müraciət etmək lazımdır” mövzuları ilə bağlı məruzələr dinlənilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmış, qarşılıqlı fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu