Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 sentyabr 2013-cü il tarixində Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları ilə birgə Lerik rayon Kitabəli Həmidov adına Anbu kənd və Barzavu kənd ümumi orta məktəblərində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirmişdir.

Həyata keçirilən təbliğat xarakterli tədbirlərdə Lerik rayon Təhsil şöbəsinin nümayəndələri, Anbu və Barzavu kənd orta məktəblərin, müəllim və şagird kollektivi və valideynlər iştirak etmişlər.

Çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları tərəfindən maarifləndirmə sahəsində digər yerli qurumlarla birgə görülən işlər, eləcə də təhsil müəssisələrində məktəblilərin yanğın və texniki təhlükəsizlik sahəsində mütəmadi olaraq maarifləndirilməsinin zəruriliyi barədə ətraflı məlumat vermişlər.  

Lerik rayon Təhsil şöbəsinin nümayəndələri və məktəb rəhbərləri, FHN-in yeri qurumları tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən silsilə tədbirlərin vacibliyini və bu sahədə görülən işlərə yüksək qiymət verdiklərini bildirmişlər.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Həkiməqədər ilk tibbi yardımı hamı bilməlidir”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Fövqəladə vəziyyətlər haqqında xəbərdarlıq” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra təhsil müəssisələrinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, eləcə də yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Mənzili tərk etdikdə qaz və elektrik cihazlarını söndürün!”, “Qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu