Geri

FHN Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

18 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər üzrə nümayəndəliyində “Yanğın təhlükəsizliyi qaydaları, mülki müdafiə işinin və əhalinin təxliyyəsinin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, Şimal Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəsi, “112” qaynar xəttinə hansı hallarda zəng etməli, baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu, yanğın təhlükəsizliyi qaydaları və əhalinin bu istiqamətdə təlimatlandırılması, ictimai binalarda və obyektlərdə yanğınların baş vermə səbəbləri və belə hallarda insanların və maddi sərvətlərin təxliyyəsi qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verilmiş və Fövqəladə Hallar Nazirliyi haqqında sənədli film nümayiş olunmuşdur.

Tədbirdə yerli icra, idarə, müəssisə, təşkilat nümayəndələri və bələdiyyə üzvləri iştirak etmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu