Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 18 sentyabr 2013-cü il tarixində Oğuz şəhər İnzibati ərazi nümayəndəliyində “Sülh aylığı” çərçivəsində “Dislokasiya ərazisində yerləşən rayonların inzibati ərazi nümayəndələri və bələdiyyələrlə fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, bu zaman qarşılıqlı fəaliyyətin təşkil olunması və bununla bağlı fikir mübadiləsi aparmaqdan ibarət olunmuşdur.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən fövqəladə hallar, ərazi üçün xarakterik olan təbii fəlakətlər, “Fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkilində təbliğatın rolu”, “Beynəlxalq Sülh Günü”, “Əhalinin fövqəladə hallardan qorunması” və “Məişətdə elektrik və qaz cihazlarından düzgün istifadə edilməlidir” mövzuları haqqında ətraflı məlumatlar verilmişdir.

Tədbirdə rayonun inzibati ərazi nümayəndələri, bələdiyyə üzvləri iştirak etmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu