Geri

Aran Regional Mərkəzində seminar-müşavirə keçirimişldir.

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzində 17 sentyabr 2013-cü il tarixində “Fövqəladə halların baş verməsi ehtimalı olduqda və ya baş verdikdə Aran Regional Mərkəzi üzrə bütün səviyyələrdən olan idarəetmə orqanlarının qarşılıqlı faliyyətinin gücləndirilməsi və bu istiqamətdə hərəkətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların baş verməsi ehtimalı olduqda və ya baş verdikdə Aran Regional Mərkəzi üzrə bütün səviyyələrdən olan idarəetmə orqanlarının qarşılıqlı faliyyətinin gücləndirilməsi, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırmasıdır.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturu ilə bağlı videoçarxın nümayişindən sonra “İcra Hakimiyyətləri ilə qarşılıqlı fəaliyyət və mövcud problemlər”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyət” və digər mövzularla bağlı məruzələr tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Çıxışlarda fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bu istiqamətdə mövcud olan nöqsanlardan danışılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu