Geri

FHN-in Akademiyasında yeni tədris ilinin başlanması təntənə ilə qeyd olunub

Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib. Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil və gül dəstələri qoyub. Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı da ziyarət olunub, şəhid məzarlarının üzərinə tər qərənfillər düzülüb.

Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətin təntənəli mərasimə düzüldüyü haqqında raport verildikdən sonra mərasim açıq elan edilib. Azərbaycanın Dövlət himni ifa edilib, Dövlət bayrağımız meydana gətirilib.

Mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi
 general-mayor Pənah Süleymanov Akademiyaya yeni qəbul olunmuş kursantları təbrik edib, respublikamızın fövqəladə halların idarə edilməsi üzrə yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin əhəmiyyətli rolu olduğunu vurğulayıb. Akademiyanın rəisi təhsil müəssisəsində yaradılan şəraitə görə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edib. Göstərilən diqqət və qayğı nəticəsində Akademiyanın maddi-texniki bazasının yüksək standartlara cavab verdiyini və kursantların sosial-məişət şəraitinin ildən-ilə daha da yaxşılaşdığını diqqətə çatdırıb.

Tədbirdə valideynlər adından çıxış edən Nazim Məmmədzadə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində formalaşan Fövqəladə Hallar Nazirliyinin bu gün ölkəmizdə əhalinin təhlükəsizliyinin qorunması sahəsində mühüm işlər gördüyünü diqqətə çatdıraraq, nazirliyin Akademiyasına qəbul olan gənclərin gələcəkdə yüksək ixtisaslı mütəxəssis olmalarını arzu edib.

Sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu