Geri

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində məşq keçirilmişdir

12 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "Mərkəzin inzibati binasının yanğın əleyhinə vəziyyətinin yoxlanılması və yanğın həyəcanı" mövzusunda məşq keçirilmişdir.

Məşqin keçirilməsində əsas məqsəd Mərkəzin şəxsi heyətinin döyüş hazırlığının və peşə qabiliyyətinin yoxlanılması, bilik və bacarıqlarının artırılması, sutkalıq naryad nəfərlərinin, eləcə də ştatdankənar yanğınsöndürmə komandasının fəaliyyətinin təşkili, baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması olmuşdur. Məşq üç mərhələdə keçirilmişdir.

Birinci mərhələdə şərti olaraq, Mərkəzin Nəzarət-buraxılış məntəqəsində baş vermiş yanğın hadisəsi barədə Mərkəzin rəhbər heyətinə, müvafiq qurumların dispetçer xidmətlərinə məlumat verilmiş, şəxsi heyətə, eləcə də ştatdankənar yanğınsöndürmə komandasına “YANĞIN” siqnalı elan edilərək birgə fəaliyyət təşkil edilmiş, yanğının qarşısını almaq məqsədilə növbətçi hissə, əməliyyat növbətçisi və ştatdankənar yanğınsöndürmə komandası hazırlıq səviyyəsinə gətirilmişdir.

İkinci mərhələdə şərti olaraq, Mərkəzin inzibati binasının ikinci mərtəbəsində yerləşən əşya anbarında baş vermiş yanğın hadisəsinin qarşısını almaq məqsədilə ştatdankənar yanğınsöndürmə komandası Növbətçi hissə ilə birlikdə təsərrüfat anbarının elektrik və qaz sistemi ümumi xətdən ayırmış, su mənbələrinin istifadəyə hazırlanması, yanğının qarşısının alınması, söndürülməsi eləcə də texnika və əmlakın təxliyyəsi istiqamətlərində zəruri tədbirlər görülmüşdür.

Üçüncü mərhələdə şərti olaraq, Mərkəzin Xüsusi xilasetmə hissəsinin yataqxanasında baş vermiş yanğın hadisəsinin qarşısını almaq məqsədilə yataqxananın inzibati binasının elektrik və qaz sistemi ümumi xətdən ayrılmış, su mənbələrinin istifadəyə hazırlanması, yanğının yayılmasının məhdudlaşdırılması üçün müvafiq tədbirlər görülmüş, yataqxanada mövcud olan əşya və əmlakın, eləcə də zərərçəkmişlərin təxliyyəsi, şəxsi heyət arasında yaranmış həyəcan və təşvişin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Yekunda Mərkəzin şəxsi heyətinin, eləcə də Növbətçi hissənin, əməliyyat növbətçisinin, ştatdankənar yanğınsöndürmə komandasının fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmış, mövcud vəziyyət qiymətləndirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülmüşdür.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu