Geri

Nazirliyinin bir sıra regional mərkəziləri tərəfindən maarifləndirmə tədbirləri keçirilmişdir

Nazirliyin Bakı, Sumaqayıt, Qarabağ, Muğan, Cənub, Şimal və Aran Regional mərkəzləri tərəfindən “21 sentyabr- Beynəlxalq Sülh Günü” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir.

Qeyd olunmuşdur ki, tədbirlərin keçirilməsində məqsəd əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin  yolverilməz olması, sülh və dözümlülük mədəniyyətinin, eləcə də xalqımızın milli-mənəvi dəyərlərinin geniş təbliğ edilməsidir. Məruzəçilər bütün cəmiyyətlərdə, bütün dövrlərdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyini vurğulamış, müasir cəmiyyətdə hüquqi biliklərin, hüquqi maariflənmənin vacibliyi barədə çıxışlar etmiş, çağdaş dövrümüzdə Azərbaycan Respublikasının regionda və dünyada dinlərə və mədəniyyətlərə qarşı tolerant münasibəti ilə nümunə olduğundan bəhs edərək, ölkəmizdə dinlərin və mədəniyyətlərin qarşılıqlı dialoquna, onların sərbəst fəaliyyətinə, həmçinin “mədəniyyətlərarası dialoqlarda” Azərbaycanın roluna diqqət çəkmişlər. Bildirilmişdir ki, bu mövzuda təşkil olunan konfrans və toplantıların əksəriyyətinə respublikamız ev sahibliyi edir.

Tədbirdə bir daha Azərbaycan dövlətinin digər dövlətlər ilə daim qarşılıqlı anlaşma, siyasi, mədəni münasibətlər qurmaq mövqeyində olması, xalqımızın sülhsevər xalq olması, münaqişələri danışıqlar vasitəsilə həll etmək istəməsi fikri vurğulanmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu