Geri

Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən qərargah məşqi keçirilmişdir

10-11 sentyabr 2013-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (Xidmət) tərəfindən şərti fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi məqsədi ilə qərargah məşqi keçirilmişdir. Məşqin keçirilməsində məqsəd komandir və rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyələrinin artırılması, şəxsi heyətə sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması, tabelikdə olanlara məşqin təşkili və keçirilməsi qaydalarının öyrədilməsidir. Plana uyğun olaraq, şəxsi heyətə Xidmətin struktur bölmələrinin xəbərdar edilməsi, “HƏYƏCAN” siqnalı ilə qaldırılması və “YÜKSƏLDİLMİŞ” hazırlıq rejimi dərəcəsinə gətirilmə zamanı həyata keçirilən fəaliyyətlər, Xidmətin struktur bölmələrinin “FÖVQƏLADƏ” rejim dərəcəsinə gətirilməsi və fövqəladə hal rayonuna yürüşün həyata keçirilməsi üzrə fəaliyyətlər, əməliyyat tapşırığının təhlili və vəziyyətin qiymətləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarın qəbul edilməsi, hərtərəfli təminatın və koordinasiyanın təşkili, əməliyyat əmrinin verilməsi, axtarış və qəza-xilasetmə işlərinin aparılmasının təşkili üzrə fəaliyyətlər və s. tədris edilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu