Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti səhra şəraitində təlim keçirmişdir

29-31 avqust 2013-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə səhra şəraitində təlim keçirmişdir.

Təlimin keçirilməsində məqsəd səhra şəraitində baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılmasına çevik reaksiya verilməsi, xüsusi riskli xilasetmə işlərinin təşkili, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, axtarış-xilasetmə işlərində tətbiq olunan alət və avadanlıqlardan istifadə, keçiriləcək xilasetmə və mühafizə əməliyyatlarında texniki təhlükəsizlik tədbirlərinə riayət olunması, şəxsi heyətin axtarış-xilasetmə və mühafizə işlərində fiziki, psixoloji dözümlülüyün artırılmasından ibarət olmuşdur.

Təlimdə proqrama uyğun olaraq xilasedicilərə hərbi topoqrafiya, tibb hazırlığı, diversant qrupunun axtarışı və zərərsizləşdirilməsi, taktiki-xüsusi hazırlıq və fiziki hazırlıq üzrə tədris edilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu