Geri

FHN Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə halların vaxtında xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması istiqamətində Regional Mərkəz ilə regionda fəaliyyət göstərən digər təşkilatlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” və dəm qazından boğulma zamanı davranış qaydaları, həmçinin, mövsümi hadisələrlə bağlı çimərliklərdə və su hövzələrində insanların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş işlərdən bəhs edilmiş, eyni zamanda çimərlik və qeyri-çimərlik ərazilərdə fəaliyyət göstərən istirahət obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilmiş profilaktik tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu