Geri

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi Regionlarda yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yolları ilə bağlı 23 avqust 2013-ci il tarixində Xaçmaz şəhərində “Texniki təhlükəsizlik-aktual suallar” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə Şimal regionunda yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yolları və bu barədə Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmiş, texniki təhlükəsizlik sahəsində yaranmış problemlərin aradan qaldırılmasında dövlət qurumlarının birgə fəaliyyətinin və sahibkarların maarifləndirilməsinin vacib məsələlərdən biri olduğu vurğulanmışdır.

Daha sonra Agentliyin əməkdaşları sənaye müəssisələrində texniki təhlükəsizliyin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədi ilə texniki təhlükəsizlik ekspertizalarının və diaqnostika işlərinin aparılmasının əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Seminar-müşavirədə iştirak edən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları İcra hakimiyyətlərinin nümayəndələri, həmin rayonların qaz istismar idarələrinin və böyük sənaye müəssisələrinin rəhbərləri öz çıxışlarında sənaye və dağ-mədən müəssisələrində yaranmış problemlər, problemlərin aradan qaldırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının keçirdikləri birgə tədbirlər barədə yığıncaq iştirakçılarını məlumatlandırmışlar.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu