Geri

Xüsusi Riskli Xilasetmə Xidmətində təlim keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Aviasiya dəstəsinin illik fəaliyyət planına uyğun olaraq, 22 avqust 2013-cü il tarixində Xüsusi Riskli Xilasetmə Xidmətinin desant dalğıclarının helikopterdən su səthinə enmələri üzrə birgə təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd digər nəqliyyat vasitələri üçün əlverişsiz olan fəlakət zonalarında, Xəzər dənizinin Azərbaycan Respublikasına aid daxili sularında və digər su hövzələrində baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsinin, qəzaya uğramış su və hava nəqliyyat vasitələrinin şəxsi heyətinin xilas edilməsi, onlara ilk və təxirəsalınmaz yardımın göstərilməsi sahəsində imkanların artırılması olmuşdur.  

Proqrama uyğun olaraq, dalğıclara helikopterin hərəkəti zamanı ayaq üstə suya tullanma, helikopterin havada durması zamanı tam xilasetmə avadanlığı ilə birgə üzgəclərdə suya tullanma, helikopterin havada fəlakət zonasında durması zamanı desant-dalğıcın “SLQ-300” vasitəsilə endirilməsi, zərərçəkmişin bərkidilməsi və qaldırılması və s. tədris edilmişdir.

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu