Geri

FHN Şimal-qərb Regional Mərkəzi dəyirmi masa keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi 20 avqust 2013-cü il tarixində Qax rayon İcra Hakimiyyətində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbirdə rayonda 2012-ci ildə baş vermiş təbii fəlakətdən sonra hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər və bu sahədə Fövqəladə Hallar Nazirliyinin xətti ilə zəlzələ nəticəsində yararsız hala düşmüş evlərin, sosial obyektlərin yenidən qurulması, bərpası ilə bağlı statistika haqqında və hazırda rayonda mövcud vəziyyət barədə məlumat verilmişdir. Daha sonra Mərkəzin əməkdaşları son dövrlərdə dünyanın qlobal problemi olan təbii və insan faktoru nəticəsində yaranan texnogen qəzalar, baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu haqqında və sair mövzuda çıxışlar etmişlər. Çıxışlardan sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və görülməsi vacib olan təhlükəsizlik tədbirləri barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun struktur bölmələri haqqında sənədli film və zəlzələ barədə maarifləndirici videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu