Geri

FHN Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 16 avqust 2013-cü il tarixində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda Xaçmaz rayon Mərkəzi Xəstəxanasında növbəti maarifləndirmə tədbiri keçirmişdir.

FHN-in Şimal Regional Mərkəzi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanası arasında razılaşdırılmış Tədbirlər Planına əsasən keçirilən tədbirdə əsas məqsəd səhiyyə işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına və baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Şimal Regional Mərkəzinin, Şimal Regional Dövlət Yanğına Nəzarət İdarəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz rayon Mərkəzi Xəstəxanasının tibb personalı iştirak etmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları FHN-in yaranması, fəaliyyət istiqamətləri, Şimal Regional Mərkəzinin regionda yerləşən digər qurumlarla qarşılıqlı fəaliyyəti, qarşılıqlı fəaliyyətin təşkili, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Fövqəladə hallar zamanı ilk tibbi yardımın insan həyatında rolu”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin təminatıdır” və dəm qazından boğulma zamanı davranış qaydaları mövzularında çıxışlar etmişlər.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu