Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

15 avqust 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda praktiki maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Xızı rayon Səhiyyə şöbəsinin birgə keçirdiyi maarifləndirmə tədbirlərində əsas məqsəd tibb işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, Xəstəxananın tibbi personalı iştirak etmişdir.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzin və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru yanğın təhlükəsizliyi qaydaları və yanğınsöndürmə balonundan istifadə qaydaları barəsində tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirin sonunda Mərkəzin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu