Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Göyçay rayon mədəniyyət evində təhsil və mədəniyyət işçiləri ilə “Su hövzələrində insanların təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir.

Tədbirdə daha sonra Mərkəz əməkdaşlarının “Su hövzələrində insanların təhlükəsizliyi”, “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxışları dinlənilmişdir. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuş, Mərkəz tərəfindən hazırlanmış bukletlər paylanılmış, müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu