Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

14 avqust 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti Şöbəsinin əməkdaşları Bərdə şəhər 3 saylı Uşaq Bağçasında “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir azyaşlıların baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallara hazır olmasına, hadisələr baş verərkən düzgün davranmalarına, pis vərdişlərin eləcə də, azyaşlı uşaqların nəzarətsiz qalmaqlarının arzuolunmaz sonluqla nəticələnməsi hallarına həsr edilmişdir.

Əməkdaşlar “Zəlzələ, onun başvermə səbəbləri”, “Yay-çimərlik mövsümündə təhlükəsizlik tədbirləri”, “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir”, “İstirahət zonalarında dincələrkən təhlükəsizlik qaydalarına riayər edək!” mövzularında məlumat vermiş, yay mövsümü ilə əlaqədar istirahət zonalarında, çimərliklərdə, meşələrdə azyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsi barədə iştirakçılarla ətraflı söhbətlər aparmışlar.

Həmçinin, tədbirdə “Fövqəladə hallar uşaqların gözü ilə” adlı tematik sərgi də təşkil edilmiş, uşaqlara məktəblilər tərəfindən hazırlanmış zəlzələ, meşə yanğınları, daşqın, avtomobil qəzaları və s. bu tip təbii və texnogen mənşəli fövqəladə hadisələr mövzusunda çəkilmiş rəsmlər və plakatlar nümayiş olunmuşdur. Tədbirdə əməkdaşlar tərəfindən şərti olaraq, günvurma zamanı zərər çəkmiş azyaşlıya ilkin tibbi yardımın göstərilməsi də nümayiş olunmuşdur.

Sonda iştirakçılara “Şübhəli əşyalarla rastlaşdıqda necə davranmalı” mövzusunda hazırlanmış xəbərdarlıq vərəqələri və “Yolu keçərkən ehtiyatlı olaq!” mövzusunda hazırlanmış broşürlər paylanmış, tərbiyəçi və valideynləri maraqlandıran suallar cavablandırılmışdır. 

Tədbirdə müəssisəsinin müəllim-tərbiyəçi heyəti ilə yanaşı, uşaqlar və onların valideynləri də iştirak etmişlər.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu