Geri

FHN Qarabağ Regional Mərkəzi müşavirə keçirmişdir

31 iyul 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və FHN-in yerli qurumlarının əməkdaşları Bərdə rayon Qaz İstismar İdarəsində “Yay mövsümündə baş verən texnogen mənşəli fövqəladə hadisələrdə insan faktorunun rolu” mövzusunda müşavirə keçirmişlər.

Görüşün keçirilməsində məqsəd idarə əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, gözlənilən yanğın, həmçinin, partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktika olmuşdur. Tədbir zamanı iştirakçılarla Fövqəladə Hallar Nazirliyinin yaranma zərurəti, onun qurumları, regional mərkəzləri barədə, nazirliyin qurumlarından olan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng xidməti, onun fəaliyyəti haqda söhbətlər aparılmış, onlara təbii və texnogen mənşəli fövqəladə hallar, yay mövsümü ilə bağlı zəruri təhlükəsizlik qaydaları, suda boğulma və günvurma hadisələri zamanı ilkin tibbi yardım qaydaları, zəlzələ və yanğın zamanı əhalinin təxliyyəsinin təşkili barədə geniş məlumatlar çatdırılmış, baş verə biləcək fövqəladə hallar zamanı birgə və səmərəli fəaliyyət göstərmək məsələləri ətraflı müzakirə edilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılmış, “Günvurma zamanı ilkin tibbi yardım” adlı broşürlər paylanmışdır.

Tədbirin nəzəri hissəsi yekunlaşdıqdan sonra Bərdə rayon Qaz İstismar İdarəsi və FHN yerli qurumlarının əməkdaşları Bərdə rayonu, “Qarabağ” qəsəbəsində fərdi yaşayış evlərinin qaz təsərrüfatlarına baxış keçirilmişdir. Baxış zamanı qəsəbə sakinlərinə təhlükəsizlik qaydaları ilə bağlı bəzi tövsiyələr verilmişdir.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu