Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

30 iyul 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Masallı rayon Təzə Alvadı kənd Sağlamlıq Mərkəzində səhiyyə işçiləri ilə birgə “2013-cü ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Keçirilən təbliğat xarakterli tədbirdə Masallı rayon Təzə Alvadı kənd Sağlamlıq Mərkəzinin kollektivi və kənd sakinləri iştirak etmişlər.

Belə tədbirlərin keçirilməsində əsas məqsəd əhalinin su hövzələrində təhlükəsizlik tədbirlərinə əməl etməsi, yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə  yiyələnməsinə nail olmaqdır.

Tədbirin gündəliyinə əsasən Mərkəzin əməkdaşları “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və strukturuna daxil olan qurumlar”, “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizlik tədbirləri”, “Sularda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və insanların təhlükəsizliyinin təmin edilməsi”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxışlar edərək verilən sualları cavablandırmışlar.

Daha sonra səhiyyə müəssisəsinin təxliyyə planının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha səhiyyə işçilərinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirlərini necə görməli”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılmış, Mərkəzin fəaliyyəti, regionda baş vermiş təbii və texnogen fövqəladə hadisələr barədə fotoslaydlar nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu