Geri

FHN Şimal-qərb Regional Mərkəzi dəyirmi masa keçirmişdir.

Baş verə biləcək fövqəladə halların qarşısının alınması, fövqəladə hallar baş verdikdə ziyanların minimuma endirilməsi üçün əhali ilə aparılan təbliğat olduqca əhəmiyyətlidir. Bu mövzuda aparılan təbliğat işlərində isə mətbuatın rolu böyükdür. Bu məqsədlə, 25 iyul 2013-cü il tarixində FHN Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonunun ictimai-siyasi qəzeti olan “Ağsu” qəzetinin redaksiyasında dəyirmi masa keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, baş verə biləcək fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, qəzetlərdə mütəmadi olaraq fövqəladə hallarda davranış qaydalarına həsr olunmuş müxtəlif materialların dərc olunması, mətbuat vasitəsi ilə daim əhalinin maarifləndirilməsi olmuşdur.

Dəyirmi masada Regional Mərkəzin əməkdaşları ilə “Ağsu” qəzetinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları arasında qarşılıqlı fikir mübadiləsi olmuş, rayon üçün xarakterik olan təbii fəlakətlər, mövsümi hadisələr, bununla bağlı qabaqlayıcı tədbirlər və baş verdiyi zaman davranış qaydaları haqqında məlumatların mütəmadi olaraq qəzet səhifələrində əhalinin nəzərinə çatdırılmasının vacibliyindən danışılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu